ain.az bildirir, Baku.ws saytına əsaslanaraq.
Paytaxtda qəzalı binaların sökülməsi və yeni infrastruktur layihələrinin icrası ilə bağlı mərhələli proses davam edir.
BAKU.WS-in məlumatına görə, yaxın perspektivdə Bakının bir sıra rayonlarında söküntü işlərinin aparılması planlaşdırılır.
Hansı rayonlarda söküntü gözlənilir?
Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin (AQC) sədri Vüqar Oruc BAKU.WS-ə bildirib ki, ilkin mərhələdə proses 10 rayonu əhatə edəcək:
"Plan üzrə aşağıdakı rayonlarda qəzalı və istismar müddəti başa çatmış binaların sökülməsi nəzərdə tutulur:
Nərimanov
Yasamal
Nəsimi
Səbail
Xətai
Nizami
Sabunçu
Suraxanı
Pirallahı
Bu ərazilərdə əsasən rəsmi akt tərtib olunmuş, qəzalı vəziyyətdə olan çoxmənzilli binalar və yeni infrastruktur layihələrinin düşdüyü zonalarda yerləşən fərdi yaşayış evləri söküləcək".
AQC sədri əlavə edib ki, qəzalı binalarla bağlı aktlar müvafiq dövlət qurumları tərəfindən tərtib olunur:
"Söküntü və yenidənqurma prosesi şəhərin Baş Planına – "Bakı 2040" inkişaf konsepsiyasına uyğun şəkildə həyata keçirilir. Sökülən ərazilərdə yeni yaşayış binaları, parklar, sosial obyektlər və nəqliyyat infrastrukturu yaradılması nəzərdə tutulur.
Yaxın müddətdə aşağıdakı ərazilərdə aktiv proses gözlənilir:
"Təzəpir" məscidi ətrafı
"Bayıl şəhər" adlanan ərazilər
Keçmiş "Sovetski" (Yasamal rayonu) ərazisi
Metro stansiyalarının ətraf zonaları
Planlaşdırılan tramvay xətlərinin keçəcəyi küçələr
Ceyhun Hacıbəyli küçəsi və 1 saylı xəstəxananın ətrafı.
Konkret küçələr
Səbail rayonu:
Salman Mümtaz küçəsi
Dağlıq küçəsi
Sabunçu rayonu:
Yusif Qasımov küçəsi
Qurban Vəzirov küçəsi
Suraxanı rayonu:
Xanlar Ələkbərov küçəsi
Yasamal rayonu:
Rıza Quliyev küçəsi
Nabat Aşıqbəyova küçəsi
Çingiz Mustafayev küçəsi
Mirzağa Əliyev küçəsi və ətrafı
Nərimanov rayonu:
"Montin" və Keşlə əraziləri".
Vüqar Oruc həmçinin qeyd edib ki, söküntü işləri mərhələli şəkildə və plan əsasında həyata keçirilir:
"Əhali ilə müvafiq dövlət qurumları arasında danışıqlar aparılır və kompensasiya məsələləri qanunvericiliyə uyğun şəkildə tənzimlənir. Əsas prioritet qəzalı binaların təhlükəsizlik baxımından aradan qaldırılması və eyni zamanda yeni nəqliyyat və şəhərsalma layihələrinin reallaşdırılmasıdır".
Orxan Hüseyn
Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.