EN

ABŞ Livandakı diplomatlarına ölkəni tərk etməyi əmr etdi

ain.az bildirir, Oxu.az saytına əsaslanaraq.

ABŞ Dövlət Departamenti amerikalı diplomatlara və onların ailə üzvlərinə Livanı tərk etməyi əmr edib. Bu qərarın verilməsinə səbəb İranla münasibətlərdə yaranan gərginliyin kritik həddə çatmasıdır.

Oxu.Az "Bild" nəşrinə istinadən xəbər verir ki, Dövlət Departamentinin rəsmisi bu məlumatı AP agentliyi ilə söhbətində təsdiqləyib.

Regiondakı təhlükəsizlik vəziyyətinin qiymətləndirilməsi göstərib ki, səfirlik əməkdaşlarının sayının azaldılması hazırda ən məqsədəuyğun addımdır. Verilən göstərişə əsasən, diplomatik nümayəndəlikdə yalnız fəaliyyəti mütləq hesab edilən personal qalacaq.

Vaşinqtonun bu addımı İranla mümkün hərbi eskalasiya zamanı münaqişənin daha genişmiqyaslı xarakter alacağına işarə edir. Xüsusilə Livandakı "Hizbullah" qruplaşmasının döyüşə qoşulması və İsrailin buna cavab olaraq Livan ərazisinə ağır zərbələr endirməsi ehtimalı ABŞ-ni ciddi narahat edir.

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Chosen
13
1
oxu.az

2Sources