EN

Vens İrana mümkün zərbə ilə bağlı narahatlığını DANIŞDI

ABŞ-ın vitse-prezidenti Cey Di Vens İrana mümkün hərbi zərbə ilə bağlı narahatlığını bildirib.

NOCOMMENT.az xəbər verir ki, bu barədə Axios nəşri məlumat yayıb. Bildirilib ki, Vens bu mövqeyini İrana qarşı zərbə endirilməsinin riskləri və çətinlikləri ilə bağlı daxili müzakirələr zamanı səsləndirib. Xüsusilə ABŞ-ın münaqişəyə cəlb olunma ehtimalından narahat olduğu qeyd olunub.

Məlumata görə, Vens hərbi əməliyyatlara qəti şəkildə qarşı çıxmasa da, diplomatiyanın, o cümlədən Cenevrədə aparılan danışıqların irəliləyişə səbəb ola biləcəyinə ümid edir. Lakin nəşr yazır ki, o, bu məsələdə həddindən artıq nikbin deyil.

Qeyd olunur ki, ABŞ administrasiyasında İrana qarşı mümkün addımlarla bağlı müzakirələr davam edir.

Sara

Chosen
25
nocomment.az

1Sources