EN

Macarıstan Rusiyaya qarşı yeni sanksiyalara veto qoydu

Macarıstan Rusiyaya qarşı yeni sanksiya paketinə və Ukraynaya planlaşdırılan 90 milyard avroluq kreditə veto qoyub.Metbuat.az xəbər verir ki, bu barədə Macarıstanın xarici işlər naziri Peter Siyarto açıqlama verib. O Avropa Birliyinin xarici işlər nazirlərinin toplantısından sonra Ukraynanı tənqid edib. Peter Siyarto, "Ukraynalılar bizi şantaj edə bilməzlər. Brüssel Macarıstan müxalifəti ilə əməkdaşlıq edərək Macarıstanın enerji təchizatının təhlükəsizliyini təhlükəyə ata bilməzlər", - deyə bildirib.

Qeyd edək ki, bundan əvvəl Budapeşt Avropa Birliyindən Rusiya neftinin Ukraynadan keçən “Drujba” boru kəməri ilə Macarıstana nəqlinin bərpa edilməsini tələb etmişdi.

Chosen
17
metbuat.az

1Sources