Azertag portalından əldə olunan məlumata əsasən, ain.az xəbər verir.
Vaşinqton, 23 fevral, AZƏRTAC
Xalisko yeni nəsil kartelinin lideri Nemesio Oseguera Servantesin öldürülməsindən sonra Meksikada baş verən toqquşmalar nəticəsində 25 Meksika Milli Qvardiyasının əsgəri həlak olub. AZƏRTAC-ın məlumatına görə, Meksika Təhlükəsizlik Katibi Omar Qarsiya Harfuç Xaliskodakı əsgərlərin altı ayrı hücumda öldürüldüyünü söyləyib. O, həmçinin Xaliskoda təxminən 30 şübhəlinin, Miçoakanda isə daha dörd nəfərin öldürüldüyünü deyib.
ABŞ-nin “El Menço" kimi tanınan kartel liderinin ölümü ilə nəticələnən Meksika əməliyyatına kəşfiyyat dəstəyi verdiyi deyilir.
Məlahət Nəcəfova
AZƏRTAC-ın xüsusi müxbiri
Vaşinqton
Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.