EN

Rusiya ABŞ a İranla bağlı çağırış edib

ain.az, Reyting.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Rusiya ABŞ-ı İranın dinc nüvə obyektlərinə zərbə endirmək planlarından əl çəkməyə çağırır və diplomatik danışıqların bərpası üçün lazımi dəstəyi göstərməyə hazırdır.

Reyting.az xəbər verir ki, bu barədə Rusiya xarici işlər nazirinin müavini Dmitri Lyubinski Cenevrədə BMT Nizamnaməsinin Müdafiəsi üzrə Dostlar Qrupunun yüksək səviyyəli iclasında bildirib.

"Biz ABŞ-ı və müttəfiqlərini İranın dinc nüvə obyektlərinə zərbə endirmək planlarından əl çəkməyə çağırırıq. Biz Vaşinqtonu gələcək hərbi qarşıdurmanın qarşısını almaq üçün qəti zəmanətlər verməyə çağırırıq”,- deyən D. Lyubinski əlavə edib ki, Rusiya İranın dinc nüvə proqramı ilə bağlı diplomatik həll yollarının axtarışını bərpa etmək üçün bütün lazımi yardımı göstərməyə hazırdır.

E. KAMAL

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Chosen
23
1
reyting.az

2Sources