EN

Pişiyi xilas edərkən öldü

ain.az xəbər verir, Demokrat.az saytına əsaslanaraq.

Honkonqda ev heyvanını xilas etmək istəyən şəxs faciəvi şəkildə həyatını itirib. 63 yaşlı kişi pəncərədən qaçaraq hündürmərtəbəli binanın karnizinə çıxan pişiyini geri qaytarmağa çalışarkən yıxılıb.Demokrat.az xəbər verir ki, hadisə fevralın 18-də axşam saatlarında baş verib. Bina sakini ağır xəsarətlərlə kompleksin həyətindəki gül kollarının arasında tapılıb. Yaralı dərhal xəstəxanaya çatdırılsa da, həkimlər onun həyatını xilas edə bilməyiblər. Mərhumun həyat yoldaşı həmin vaxt evdə olduğunu və qəfil səs eşidərək çölə qaçdığını bildirib.İstintaq zamanı məlum olub ki, ağ rəngli ev pişiyi pəncərədən karnizə çıxıb. Ehtimal edilir ki, ev sahibi heyvanı tutmaq istəyərkən müvazinətini itirib və hündürlükdən yerə çırpılıb. Xilasedicilər sonradan pişiyi tutaraq sahibəsinə təhvil veriblər.Hazırda yerli polis hadisənin bütün təfərrüatlarını araşdırır. Heyvansevərlərə hündürmərtəbəli binalarda pəncərələrə xüsusi qoruyucu torlar çəkdirmək tövsiyə olunur.İsmayıl

Demokrat.az

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Chosen
29
demokrat.az

1Sources