EN

KİV: "USS Gerald R. Ford" təyyarədaşıyan gəmisi Krit adasına gəlib

Amerikanın təyyarədaşıyan "USS Gerald R. Ford" gəmisi Yunanıstanın Krit adasındakı Suda Körfəzindəki ABŞ bazasına çatıb və 27 fevrala qədər orada qalacaq.

"Report"un xəbərinə görə, bu barədə "Proto Thema" qəzeti məlumat yayıb.

Qəzetin məlumatına görə, 4 500 nəfərlik heyətə malik təyyarədaşıyan gəmi yanacaq doldurmaq və istirahət üçün cümə gününə qədər Sudada qalacaq. Nəşr qeyd edib ki, gəminin gəlişi ABŞ-nin 6-cı donanmasının Aralıq dənizində planlaşdırılan mövcudluğunun bir hissəsidir. Kritdəki bazada həmçinin Amerikanın F-35 və A-10 kimi çoxsaylı hərbi təyyarələri yerləşir.

Bir gün əvvəl "Financial Times" qəzeti İran ətrafında artan gərginlik fonunda ABŞ-nin İordaniya və Səudiyyə Ərəbistanındakı bazalarda yerləşdirilən hərbi təyyarələrin sayını əhəmiyyətli dərəcədə artırdığını xəbər verib. Nəşrin məlumatına görə, Vaşinqton İrana qarşı bir neçə həftə davam edə biləcək mümkün hərbi kampaniya üçün Yaxın Şərqdə böyük hava qüvvəsi toplayır.

Chosen
18
far.az

1Sources