EN

Rejissor Rob Raynerin qətlində ittiham olunan oğlu özünü təqsirli bilməyib

Oxu.az portalından alınan məlumata görə, ain.az xəbər verir.

Hollivud rejissoru Rob Raynerin qətlində qətlində ittiham olunan oğlu Nik Rayner məhkəmədə özünü təqsirli bilmədiyini bəyan edib.

Oxu.Az "Fox News"a istinadən xəbər verir ki, 32 yaşlı ssenaristə qətllə bağlı iki maddə üzrə ittiham irəli sürülüb.

Prokuror bildirib ki, onu ömürlük azadlıqdan məhrumetmə və ya ölüm hökmü gözləyə bilər. Nik Rayner girov hüququ olmadan həbsdə saxlanılır.

Qeyd edək ki, rejissorun və həyat yoldaşı Mişel Raynerin meyitləri dekabr ayında Los-Ancelesdəki evlərində aşkarlanmışdı. TMZ-nin yazdığına görə, hadisədən bir gün əvvəl ailə Milad şənliyində iştirak edib və ata ilə oğul arasında mübahisə düşüb.

Rob Rayner 1960-cı illərdə rejissorluq fəaliyyətinə başlayıb və "When Harry Met Sally", "The Bucket List" və "A Few Good Men" filmləri ilə tanınıb. O, həmçinin 2013-cü ildə "The Wolf of Wall Street" filmində baş qəhrəmanın atasını canlandırıb.

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Chosen
20
oxu.az

1Sources