EN

Ukraynanın bərpası 500 milyard avrodan çox qiymətləndirilir

ain.az xəbər verir, Azertag saytına əsaslanaraq.

Paris, 24 fevral, AZƏRTAC

Rusiyanın Ukraynaya qarşı başlatdığı işğaldan dörd il sonra ölkənin bərpasının dəyəri ilə bağlı yeni hesabat açıqlanıb. Fevralın 23-də dərc olunan sənədə əsasən, növbəti on il ərzində Ukraynanın yenidən qurulması təxminən 588 milyard dollara (500 milyard avrodan çox) başa gələcək.

AZƏRTAC xəbər verir ki, hesabat Kiyev hakimiyyəti, Dünya Bankı, Avropa İttifaqı və BMT tərəfindən birgə hazırlanıb. Sənəddə qeyd olunur ki, bu məbləğ 2025-ci il üçün Ukraynanın ümumi daxili məhsulunun təxminən üç qatına bərabərdir.

Ən böyük maliyyə ehtiyacları nəqliyyat sektoruna (96 milyard dollar), enerji sahəsinə (77 milyard avro), mənzil fonduna (77 milyard avro), ticarət və sənayeyə (54 milyard avro) və kənd təsərrüfatına (47 milyard avro) aiddir. Döyüşlərin intensiv getdiyi Donetsk və Xarkov bölgələrində bərpa işləri xüsusilə genişmiqyaslı olacaq.

Paytaxt Kiyev üçün bərpa xərcləri 12 milyard avrodan çox qiymətləndirilir. Təxminən 3 milyon əhalisi olan və sahəsi Berlinə yaxın olan şəhər mütəmadi olaraq Rusiyanın dron və raket hücumlarına məruz qalır.

Hesabatda vurğulanır ki, Rusiyanın işğalının humanitar, sosial-iqtisadi və ekoloji nəticələri “nəsillər boyu” hiss olunacaq. Bu səbəbdən Ukraynanın bərpası yalnız infrastrukturun deyil, həm də cəmiyyətin və iqtisadiyyatın uzunmüddətli dirçəldilməsini tələb edir.

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Chosen
3
9
azertag.az

10Sources