EN

Haaqa merinin müavini: Xocalı qurbanlarının abidəsi sülh üçün vacib mesaj göndərir

Xocalı faciəsi qurbanlarının abidəsi sülh içində yaşamaq üçün keçmişi xatırlamaqla yanaşı, gələcəyə də baxmağın vacibliyi barədə vacib mesaj göndərir.

"Far.Az"un Avropa bürosunun məlumatına görə, bunu Haaqa merinin müavini Saskia Brüns bunu şəhərdə Azərbaycan jurnalistlərinə bildirib.

"Xocalıda dəhşətli hadisələr baş verib, buna görə də onları xatırlamaq vacibdir. Keçmişdə baş verənləri hər gün xatırlamaq, eyni zamanda gələcəyə baxmaq və sülh içində necə birlikdə yaşamaq barədə düşünmək vacibdir. Düşünürəm ki, bu gün vacib mesajdır", - o deyib.

Brünsin sözlərinə görə, belə abidənin Haaqada qurulması vacibdir və bildiyi qədər Avropada yeganə abidədir.

"Biz Haaqada qurbanların xatirəsini yad etmək istəyən qonaqları qəbul edə bildiyimizə şadıq. Biz həmçinin hər il buraya gəlməyə çalışırıq", - o deyib.

Chosen
24
far.az

1Sources