EN

Bart ten Bruk: Xocalı kimi faciələr təkrarlanmamalıdır

Haaqada fəaliyyət göstərən "Interreligieus Beraad Zegbroek" dinlərarası təşkilatı uzun illərdir, Niderland-Azərbaycan-Türkiyə Mədəniyyət Cəmiyyəti və Niderland-Azərbaycan Assosiasiyası ilə sıx əlaqələr saxlayır.

"Report"un Avropa bürosunun məlumatına görə, təşkilatın nümayəndəsi Bart ten Bruk bunu Haaqadakı Azərbaycan jurnalistlərinə ictimaiyyətin digər üzvləri ilə birlikdə Xocalı qurbanlarının anım mərasimində iştirak edərkən bildirib.

"Mədəniyyət dərnəyinin sədri İlhan Aşkın məndən cəmiyyətdəki dəyərlərimizi vurğulayacağım barədə çıxış etməyimi istədi. Mən də razılaşdım, çünki inanıram ki, Haaqa sakinlərinin inteqrasiya istiqamətində daha çox çalışması vacibdir. Bunu etmək üçün tarixlərimizi paylaşmalı və onların vasitəsilə ortaq dəyərləri kəşf etməliyik", - o deyib.

Ten Brukun sözlərinə görə, Xocalının tarixi geniş şəkildə tanınır və orada baş verən hadisələr isə dəhşətli idi. "Amma dərnəyin sədri Aşkının dediyi kimi, bunun siyasi mövqe tutmaqla bağlı olmaması çox vacibdir. Əsas məsələ həmrəylik ifadə etmək və bunun bir daha təkrarlanmamasını düşünməkdir", - o qeyd edib.

O əlavə edib ki, təəssüf ki, oxşar faciəli hadisələr dünyanın müxtəlif ölkələrində baş verməkdə davam edir və insanlar onların təkrarlanmasının qarşısını almaq üçün məsuliyyəti bölüşməlidirlər.

"Tariximizə nəzər salsaq, görərik ki, cəmiyyətimizdə niderlandlıların tamamilə səhv hərəkət etdiyi dövrlər olub. Düşünürəm ki, bir-birimizi daha yaxşı başa düşmək və birlikdə yeni cəmiyyət qurmaq üçün bu barədə danışmaq lazımdır", - ten Bruk vurğulayıb.

Chosen
14
far.az

1Sources