EN

Marko Rubio İsrailə səfərini təxirə saldı

ABŞ dövlət katibi Marko Rubio İsrailin Baş naziri Benyamin Netanyahu ilə İrana qarşı mümkün zərbələrin müzakirəsinin planlaşdırıldığı Təl-Əviv səfərini təxirə salıb.

 

Bu barədə AFP mənbələrinə istinadən məlumat yayıb.

 

"Dövlət katibi Rubio hələ də İsrailə səfər etməyi planlaşdırır, lakin cədvəldə mümkün düzəlişlər olacaq", - o deyib.

 

Daha əvvəl ABŞ dövlət katibinin İsrailin Baş naziri ilə şənbə günü görüşəcəyi gözlənilirdi. Lakin İsrail KİV-in məlumatına görə, onun ölkəyə səfəri martın 2-nə planlaşdırılıb.

Chosen
8
8
senzor.az

10Sources