Daha gənc görünmək üçün yalnız makiyaj kifayət etmir, geyim və aksesuar seçimi də vacibdir.
Pravda.az bildirir ki, bəzi stil səhvləri sizi olduğunuzdan yaşlı göstərə bilər.
Tvit parça – Klasik tvit materialı enerjini azaldır, daha incə və yüngül parçalar seçin.
Oxuma eynəyi – Burnun ucuna yerləşən retro oxuma eynəkləri gənc görünüşə kömək etmir, sadə və müasir modellər seçin.
Uyğun gəlməyən eynək çərçivələri – Üzə uyğun olmayan çərçivələr görünüşü yükləyir, modern çərçivələr üstünlük təşkil etməlidir.
Boz saç rəngi – Trend olsa da, yaşlı təsir yarada bilər, təbii tonlar seçmək daha yaxşıdır.
Jaket və geniş modellər – Xüsusilə bədən ölçüsünü artırır, kəsimi uyğun klassik pencək və ya blazer daha zərif görünür.
Solğun rəngli geyimlər – Dərinizi cansız göstərir, parlaq və dəri tonuna uyğun rənglər seçin.
Çox az və ya çox makiyaj – Ağır və ya yox dərəcəsində makiyaj yaşlı təsiri yaradır, balanslı, təbii makiyaj daha müasir görünüş verir.
Əminə Bayramova