EN

Ağa Hacıbəyli: “Yas mərasimləri adətdir, dini hökm deyil”

Azərbaycanda müsəlmanlar arasında vəfat edən şəxsin xatirəsinə 3, 7 və 40 məclislərinin keçirilməsi uzun illərdir davam edən ənənəvi adətlərdən hesab edilir. 

 

Bəs bu mərasimlərin təşkili və keçirilməsinin dini əhəmiyyəti varmı?

 

Mövzu ilə bağlı Pravda.az-a açıqlama verən ilahiyyatçı Ağa Hacıbəyli bildirib ki, İslam dini bu günləri və ya ili əhatə edən hər hansı bir hökmlə qarşımıza çıxmır:

 

“Ümumiyyətlə nə Quranda, nə də peyğəmbərin hədislər mənbəyində “bu tarixləri keçirin” deyə əmr yoxdur. Bu əsrlərdən bəri gələ-gələ formalaşan xalqların adətlərindən doğan məsələdir. Odur ki, İslam adət dini deyil, ibadət dinidir. Lakin insanların adət-ənənələrinə hörmət edən, dəyər verən vəhy dinidir. Hər halda yas yerlərinə gəlincə, peyğəmbərimiz, vəfat edən insanın ailəsini qonaqlıq verən tərəf deyil, əslində daha çox dəstək görən tərəf kimi göstərmiş və səhabələrinə “O yerə gedin, orada hüzn var, insanlara təsəlli, dəstək verin. Özünüzlə bərabər yemək götürün. Dərdlərinə, qəmlərinə şərik olun” deyə hökmlərini görürük. Bu səbəbdən 3,7 və 40 mərasimlərinin heç bir şəri hökmü, ağırlığı yoxdur. Sadəcə, bizim xalqımızın keçmişdən gələrək qoruduğu ənənəyə çevrilib. Hər halda bu, adətdir, dini hökm deyil”.

 

Şəhanə Quliyeva

Tarix: 24 Fevral 2026, 08:55   
Chosen
29
pravda.az

1Sources