EN

Əgər onlara əlini uzatsan, qolunu qopararlar Zelenski

Bizimyol saytına istinadən ain.az xəbər verir.

Ukrayna Prezidenti Volodimir Zelenski, Rusiya ilə Donbas məsələsindəki tələbləri ilə bağlı danışıb.

Bizimyol.info xəbər verir ki, o, Ukrayna mətbuatına verdiyi müsahibəsində bildirib ki, Rusiya Ukraynadan Donbası geri verməsini tələb etməkdən əl çəkmək niyyətində deyil.

Zelenski, bütün son bəyanatlara baxmayaraq, Rusiya mövqeyində hər hansı yumşalma gözləmədiyini vurğulayıb: "Rusiya Donbası istəyir və bu, məsələnin yekunudur. Lakin bu, mütləq yekun demək deyil. Onların bu məsələyə öz mövqeyi var, amma onlara əlni versən, bütün qolunu qoparırlar. Bu, Rusiyanın yanaşmasıdır", - deyə qeyd edib.

Yəni, Zelenski Rusiyanın bütün Donbası əldə etdikdən sonra bu tələblə kifayətlənəcəyinə inanmır.

Zelenski Rusiyanın tələbinin sadəcə torpaq məsələsi olmadığını qeyd edib: "Bu, sadəcə torpaq məsələsi deyil. Mən bunu necə görürəm? Bu, bizim mövqelərimizin zəifləməsi, orada yaşayan yüz minlərlə insanın tərk edilməsidir. Belə görürəm. Və mən əminəm ki, bu "gediş" bizim cəmiyyətimizi parçalayacaq", - deyib.

Ukrayna Prezidenti, əgər Ukrayna Rusiya ilə razılaşar və torpaqları versə, bunun Kremlə yalnız müvəqqəti bir fasilə verəcəyini istisna etməyib: "Onun bir fasiləyə ehtiyacı var, amma nə vaxtsa ayağa qalxacaq, bu, üç ilə beş il arasında ola bilər. Sonra hara gedəcək? Bunu bilmirik, amma bir şey aydındır: müharibəni davam etdirmək istəyəcək" - deyə bildirib.

Əvvəlki xəbərində Ukrayna mətbuatı, Zelenskinin Ukraynanın torpaqlarını bərpa edə bilmədiyini, amma bunun gələcəkdə baş verəcəyini bildirdiyini yazıb. O, bunu sadəcə zaman məsələsi kimi qiymətləndirib: "Bu gün bunu etmək, çoxsaylı insanları – milyonlarla insanı – itirmək demək olardı. Bizim buna kifayət qədər insanımız olmayacaq, torpaq isə insan olmadan heç bir şeydir", - deyə bildirib və silah çatışmazlığını da ayrıca bir səbəb kimi göstərib.

Zelenski, amerikalıların və rusların müharibənin sabah bitməsini istəyirsənsə, Donbasdan çıxın dediklərini bildirib. O, müharibəni uduzduğumuzu söyləməyin mümkün olmadığını, amma sualın Ukraynanın qalib gəlməsi olub-olmayacağı olduğunu qeyd edib. Zelenskiyə görə, Rusiya yalnız seçkilərin tez keçirilməsini tələb edir, çünki Kremlin məqsədi onu hakimiyyətdən uzaqlaşdırmaqdır. O, Ukraynada seçkilərin yalnız müharibə bitdikdən sonra keçirilə biləcəyini vurğulayıb. Bununla yanaşı, Zelenski, Ukrayna Müdafiə Qüvvələrinin cənub cəbhəsində ərazilərin azad olunmasında uğurlar əldə etdiyini bildirib.

Qadir, Bizimyol.info

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Chosen
12
icma.az

1Sources