EN

Ağacın arxasında qalan nişan sürücüləri qayda pozmağa vadar edir VİDEO

Avtosfer portalından verilən məlumata görə, ain.az xəbər yayır.

Xırdalan şəhərində görünməyən yol nişanı barədə oxuculardan biri redaksiyamızın qaynar xəttinə şikayət ünvanlayıb. Avtosfer.az xəbər verir ki, söhbət Heydər Əliyev prospekti ilə Məmməd Əmin Rəsulzadə küçəsinin kəsişməsindən gedir. Belə ki, hərəkətin düzünə məcburiliyini bildirən yol nişanı ağacın arxasında qaldığı üçün görünməz vəziyyətə düşüb. Bu səbəbdən sürücülər bilmədən yol nişanının tələbini pozurlar.

Qeydə alınmış videodan da aydın şəkildə görünür ki, sürücülərdən biri nişanı görmədiyi üçün geriyə dönüb.

Təbii ki, buna görə heç bir sürücü məsuliyyətə cəlb edilə bilməz. Çünki qanunvericiliyə görə, yol hərəkətinin təşkili elə həyata keçirilməlidir ki, hərəkət iştirakçıları yol nişanlarını, nişanlanma xətlərini, svetoforun siqnallarını vaxtında qavraya və onların tələblərini yerinə yetirə bilsinlər.

Fərid

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Chosen
64
avtosfer.az

1Sources