EN

Antuan Qrizmann karyerasını ABŞ-də davam etdirə bilər

BAKI, 24 fevral. TELEQRAF

İspaniyanın "Atletiko Madrid" klubunun futbolçusu Antuan Qrizmann karyerasını ABŞ-də davam etdirməyə yaxındır.

Teleqraf "The Athletic"ə istinadən xəbər verir ki, fransalı hücumçu ilə "Orlando Siti" aktiv danışıqlar aparır.

MLS təmsilçisi 34 yaşlı oyunçunu "təyin edilmiş oyunçu" statusu ilə heyətinə qatmağı planlaşdırır. Bu qayda MLS klublarına ümumi maaş limitini keçməklə üç ulduz futbolçu transfer etmək hüququ verir. Artıq "Orlando Siti"nin idman direktoru Rikardo Moreyranın İspaniyada "Atletiko Madrid" rəhbərliyi ilə görüşdüyü bildirilir.

Florida təmsilçisi transferi ABŞ-də əsas transfer pəncərəsinin bağlandığı tarixə - martın 26-na qədər rəsmiləşdirmək niyyətindədir.

Qeyd edək ki, Antuan Qrizmann Fransa yığmasını heyətində DÇ-2018-in qalibi olub.

Chosen
17
teleqraf.com

1Sources