Növbəti beş il ərzində Özbəkistan vətəndaşlarının vizasız daxil ola biləcəyi ölkələrin sayının 50-yə çatacağı gözlənilir.
Hafta.az yazır ki, bu məqsəd 16 fevral 2026-cı ildə təsdiq edilmiş yenilənmiş “Özbəkistan – 2030” strategiyasında müəyyən edilib.
Plana əsasən, vizasız gedilə biləcək ölkələrin sayı 2026-cı ildə 36, 2027-ci ildə 38, 2028-ci ildə 42, 2029-cu ildə 46, 2030-cu ildə isə 50-yə çatdırılacaq.
Hazırda özbəkistanlılar 34 ölkəyə vizasız səfər edə bilirlər.
Eyni zamanda, günümzdə 42 ölkəyə sadələşdirilmiş viza sistemi tətbiq olunur. Bu rəqəmin 2030-cu ilə qədər 60-a çatdırılması planlaşdırılır.
Bundan əlavə, konsulluq xidmətləri üçün mobil platforma hazırlanacaq və istifadəçilərin sayının 60 minə çatacağı gözlənilir.
Xatırladaq ki, Çin və İordaniya ilə vizasız rejimlər 2025-ci ildə tətbiq edilib.