Bakı.Trend:
Bu gün gecə saat 02 radələrində Oğuz rayonunun Bayan kəndiərazisindən keçən hissəsində avtoqəza qeydə alınıb.
Trend-inməlumatına görə, Qaraməryəm-İsmayıllı -Şəki avtomobil yolunun Oğuzrayonunun Bayan kəndi ərazisindən keçən hissəsində “VAZ-2107”markalı avtomobil idarəetmədən çıxaraq ağaca çırpılıb.
Belə ki, hadisə nəticəsində sürücü 23 yaşlı SəddamAllahverdiyev, sərnişinlər 24 yaşlı Cəmil Şərifli və 25 yaşlı OkanHəmidli xəsarət alıb.
Araşdırma aparılır.