Ermənistan paytaxtı İrəvan yaxınlığında 2,2 maqnitudalı zəlzələ qeydə alınıb.
APA Ermənistan KİV-ə istinadən xəbər verir ki, yeraltı təkanların episentri Ararat vilayətinin Masis şəhərindən 10 km cənub-şərqdə yerləşib.
Zəlzələ Masis şəhərində, eləcə də Dvin və Mxçyan kəndlərində 2–3 bal gücündə hiss olunub.
Dağıntı və ya xəsarət alanlar barədə məlumat verilməyib.