EN

London Kiyev üçün yeni yardım paketi elan etdi

Böyük Britaniya hökuməti Ukrayna üçün yeni yardım paketi elan edib. Paketə elektrik şəbəkəsinin bərpası və əlavə istehsal gücü üçün 20 milyon funt sterlinq ayrılıb. Son dörd ildə isə Ukraynanın enerji sektoruna ümumilikdə 490 milyon funt sterlinqdən çox vəsait xərclənib.

QHT.az xəbər verir ki, cəbhə bölgələrinə humanitar yardım üçün əlavə 5,7 milyon funt sterlinq nəzərdə tutulub. Həmçinin Britaniya hərbi cərrahları ukraynalı səhra həkimlərinə tibbi mentorluq edəcək. Paket çərçivəsində Ukrayna vertolyot pilotları Britaniya hava bazasında təlimatçı kimi hazırlanır. Bundan başqa, Ukrayna üçün çoxmillətli qüvvələr çərçivəsində 70 nəfərlik qərargah yaradılıb və Britaniya silahlı qüvvələrinin təlim proqramı 200 milyon funt sterlinqlə maliyyələşdirilir.

Baş nazir Keir Starmer Parisdə keçiriləcək “könüllülər koalisiyası” iclasında iştirak edəcək, xarici işlər naziri İvet Kuper isə Ukrayna cəmiyyətinin dayanıqlığı üçün əlavə 30 milyon funt sterlinq ayrıldığını açıqlayacaq.

 

R.İmanov

Chosen
23
qht.az

1Sources