EN

Avropa Komissiyasının sədri Kiyevdə səfərdədir

Bakı. Trend:

Avropa Komissiyasının sədri Ursula fon der Lyayen və Avropaİttifaqı Şurasının prezidenti Antonio Koşta Ukraynanın paytaxtıKiyevə rəsmi səfər edib.

Trend bu barədəxarici KİV-ə istinadən xəbər verir.

Fon der Lyayenin sözlərinə görə, səfərin məqsədi həm də Ukraynaxalqına açıq dəstək ismarıcı göndərmək və Avropanın mövqeyinindəyişməz olduğunu nümayiş etdirməkdir.

“Müharibənin başlanmasından indiyə qədər artıq onuncu dəfədirKiyevdəyəm. Avropanın Ukraynanın yanında qətiyyətlə dayandığını -maliyyə, hərbi sahələrdə təsdiqləmək üçün buradayam. Ukraynanınədalətli mübarizəsinə dəyişməz sadiqliyimizi vurğulamaq istəyirik”,- deyə o, "X" sosial şəbəkəsində paylaşımında qeyd edib.

Məlumata görə, Avropa İttifaqı Şurasının prezidenti AntonioKoşta və Avropa Komissiyasının prezidenti Ukrayna müharibəsinindördüncü ildönümünə həsr olunmuş rəsmi anım mərasimində iştirakedəcəklər.

Məqalədə:
Chosen
17
az.trend.az

1Sources