EN

Yuri Qusev: Rusiya Ukrayna xalqının gücünü qiymətləndirməkdə yanıldı

BAKI, 24 fevral. TELEQRAF

Rusiya Ukrayna xalqının gücünü qiymətləndirməkdə yanıldı, Ukrayna dayandı, ordu hücumun qarşısını aldı və biz mütləq qalib gələcəyik.

Teleqraf xəbər verir ki, bu barədə Ukraynanın Azərbaycandakı səfiri Yuri Qusev rusiya-ukrayna müharibəsinin dördüncü ildönümü münasibətilə qələmə aldığı müəllif yazısında bildirib.

Səfirin sözlərinə görə, 24 fevral 2022-ci il tarixdən bəri davam edən döyüşlər İkinci Dünya müharibəsindən sonra Avropanın üzləşdiyi ən böyük sınaqdır:

"Dörd illik sarsılmazlıq dövründə Ukrayna xalqı etnik və dini mənsubiyyətindən asılı olmayaraq, milli kimliyini və azadlığını qorumaq üçün 'bir yumruq' kimi birləşib. Dinc şəhərlərə endirilən zərbələr, dağıdılmış evlər, məhv edilmiş enerji infrastrukturu və on minlərlə zorla aparılmış ukraynalı uşaq müstəqil dövlət olmaq hüququmuz uğrunda ödəməkdə davam etdiyimiz bədəldir".

Y.Qusev vurğulayıb ki, bu müharibə yalnız Ukraynanın deyil, bütün dünyanın inkişaf və müstəqillik hüququ uğrunda apardığı mübarizədir. O, əlavə edib ki, Ukrayna hazırda beynəlxalq hüquqa söykənən ədalətli sülhün tərəfdarı kimi çıxış edir:

"Biz ədalətli sülhə inanırıq - hüququn gücünə əsaslanan sülhə. Ukrayna mütləq qalib gələcək, çünki o, həqiqəti və yaşamaq hüququnu müdafiə edir".

Chosen
16
teleqraf.com

1Sources