EN

Ronaldinyo: "Futbola baxmağı xoşlamıram"

"Barselona" və Braziliya millisinin sabiq ulduzu Ronaldinyo futbol azarkeşlərini təəccübləndirən açıqlama ilə gündəmə gəlib.

Milli.Az-ın məlumatına görə, əfsanəvi oyunçu etiraf edib ki, matçları tam şəkildə izləmək ona maraqlı gəlmir.

"Marca" nəşrinin yaydığı məlumata görə, Ronaldinyo bildirib ki, yalnız qarşılaşmaların həlledici məqamları onun diqqətini çəkir:

"90 dəqiqə mənim üçün çox uzundur. Əgər bu final və ya prinsipial derbi deyilsə, oyuna baxmaqdan zövq almıram. Bəzən əsəbiləşirəm. Fikirləşirsən ki, futbolçu belə ötürməni necə qaçıra bilər? Bu məni qıcıqlandırır", - deyə o vurğulayıb.

Sabiq futbolçu bu fikirləri Los-Ancelesdə keçirilən "Real Madrid" və "Barselona" əfsanələrinin yoldaşlıq görüşündən (1:1) əvvəl səsləndirib. Ronaldinyonun bu səmimi etirafı sosial şəbəkələrdə də geniş müzakirələrə səbəb olub.

Hüseyn
Milli.Az

Chosen
10
milli.az

1Sources