EN

Vüsal Xanlarov: 2900 təhsil müəssisəsində internetin sürəti tədris üçün uyğundur

BAKI, 24 fevral. TELEQRAF

2900 təhsil müəssisəsində internetin sürəti tədris prosesinin aparılması üçün uyğundur.

Teleqraf xəbər verir ki, bu sözləri Elm və Təhsil Nazirliyinin Təhsil Sisteminin İnformasiyalaşdırılması İdarəsinin rəisi Vüsal Xanlarov “Təhsilin rəqəmsallaşması”na dair mətbuat konfransında deyib.

O bildirib ki, hazırda şagirdlərin 80 faizdən çoxu genişzolaqlı internetə çıxış imkanına malikdir. “Məqsəd bütün təhsil müəssisələrinin genişzolaqlı internetə qoşulmasını təmin etmək və rəqəmsal resurslara əlçatanlığı artırmaqdır.

Chosen
12
teleqraf.com

1Sources