EN

İrandan PUA ilə narkotik keçirmək cəhdi ifşa edilib

Dövlət Sərhəd Xidməti İrandan pilotsuz uçuş aparatı vasitəsilə Azərbaycana narkotik keçirilməsinin qarşısının alındığını açıqlayıb.

Məlumata görə, Sərhəd Qoşunlarının Lənkəran sərhəd dəstəsinin xidməti ərazisində sərhəd naryadı PUA səsi eşidib və əraziyə yaxınlaşan naməlum şəxsləri müşahidə edib. Ərazi qapadılıb və keçirilən əməliyyat zamanı Azərbaycan vətəndaşları Mərdanov Natiq Vahid oğlu və Mahmudov Elşən Arif oğlu saxlanılıb.

Onların ilkin ifadələrinə görə, İran İslam Respublikası ərazisindən PUA ilə atılan 10 kiloqram 224 qram narkotik vasitəni götürmək üçün sərhədə gəliblər.

Fakt üzrə əməliyyat-istintaq tədbirləri davam etdirilir.

Chosen
5
anews.az

1Sources