EN

NBA: “Sakramento” 16 oyunluq uğursuz seriyaya son qoyub

Bakı, 24 fevral, AZƏRTAC

ABŞ-nin Milli Basketbol Assosiasiyasında (NBA) daha üç qarşılaşma keçirilib.

AZƏRTAC xəbər verir ki, Qərb Konfransının turnir cədvəlində sonuncu - 15-ci pillədə qərarlaşan “Sakramento” səfərdə 11-ci yeri tutan “Memfis”ə 123:114 hesabı ilə qalib gələrək müntəzəm mövsümdə 16 oyunluq məğlubiyyət seriyasına son qoyub.

Digər görüşlərdə “San-Antonio Spörs” “Detroit Pistons”u 114:103, “Hyuston Rokets” isə “Yuta Caz”ı 125:105 hesabı ilə üstələyib.

Chosen
31
1
azertag.az

2Sources