EN

“Rəqəmsal məktəb” platforması 543 mindən çox şagirdi əhatə edir

Bakı, 24 fevral, Aysel Azadqızı, foto İlqar Cəfərov, operator Vüsal Tağıyev, AZƏRTAC

Təhsilin rəqəmsallaşdırılması istiqamətində həyata keçirilən layihələr çərçivəsində “Rəqəmsal məktəb” platforması 2025-ci ilin sentyabr ayından etibarən Bakı şəhərində tətbiq edilir. Platforma hazırda paytaxt üzrə 354 ümumi təhsil müəssisəsini əhatə edir.

AZƏRTAC xəbər verir ki, bunu Elm və Təhsil Nazirliyinin Təhsil Sisteminin İnformasiyalaşdırılması İdarəsinin rəisi Vüsal Xanlarov “Təhsilin rəqəmsallaşması” mövzusunda keçirilən brifinqdə deyib. O bildirib ki, “Rəqəmsal məktəb” vasitəsilə 543 min 255 şagird, 360 min 709 valideyn və 44 min 552 pedaqoji heyət üzvü rəqəmsal sistemə qoşulub: “Platformada ümumilikdə 9 235 rəqəmsal məzmun yerləşdirilib.

Layihə çərçivəsində I-XI siniflər üzrə 9 min 235 tədris videosu platformaya inteqrasiya olunub. Videomateriallar ümumi təhsil proqramına uyğun şəkildə hazırlanıb”.

 

Chosen
10
2
azertag.az

4Sources