EN

Xocalı faciəsini bəşəri dövlətlər də unutmayacaq

     SSRİ hökuməti Ermənistana Azərbaycandan ərazi iddiasının əsassız olduğunu bildirmədi. Azər­baycanda bu iddia xalqın ciddi etirazına, etiraz milli-azadlıq hərəkatının daha da güclən­mə­si­nə səbəb oldu. SSRİ hökuməti milli-azadlıq hərəkatının coşqusundan ehtiyatlanan, bu hərəkatın digər müttəfiq respublikalara da sirayət edəcəyindən çəkinən SSRİ hökuməti Emənistana gizlin şəkildə  həm siyasi, həm də hərbi dayaq olurdu. O illərdə Mərkəzin ko­mandanlıq baxımından dis­lo­ka­siya yeri Xan­kən­di olan 366-cı alaya nəzarəti də zəifləmişdi. Ermənilik siyasətinə, neçə on il­lərlə for­ma­laşmış erməni niyyətinə, həm də bu alayın gücünə söykənən Ermənistan Azərbaycana qarşı elan et­mə­dən işğalçılıq müharibəsinə başlamışdı...

Ermənistan silahlı qüvvələri Ağdam istiqamətində nüfuzunu, ərazi işğal etmək niyyətini genişləndirmək, digər yaxın ərazi­lər­də yaşayan əhalini vahimədə saxlamaq, Xocalının şəhərləşməsinin qarşısını almaq üçün 1992-ci il fevralın 25-dən 26-na keçən gecə Xoca­lı­da faciə törətdi.

Həmin gecə Ermənistan silahlı birləşmələrinin hissələri 366-cı alayın fəal iştirakı ilə Xocalıya hü­cum etdi. Kəndi odlara qaladı. Qaçanları Əsgəran, Naxçıvanik, Pircamal kəndlərinin yaxınlı­ğın­­da, Qarqar çayının sahillərində, Çətik dağının ətəklərində, ... qətlə yetirdi. Ermənilər çata-çatda neçə-neçə ata öz qızını da, özünü də öldürdü, neçə cavan qız ermənilərin nəfəsi yaxınlaşanda özü­­nə qəsd elədi, dəstədən geridə qalmış neçə ata ermənilər yaxınlaşanda xəncərlə əvvəl cavan qızını, sonra özünü öldürdü, ... Bu faciədə 1275 nəfər əsir düşdü, ...

Xocalı faciəsi erməniliyin mahiyyətinin tarixi sənədidir.

Böyük tarixi şəxsiyyət Heydər Əliyev bu faciənin necə baş verdiyini və onun mahiyyətini belə ifadə etmişdi: “Bütövlükdə Azərbaycan xalqına qarşı yönəldilmiş Xocalı soyqırımı öz ağla­sığ­maz qəddarlığı və qeyri-insani cəza üsulları ilə bəşər tarixində bir vəhşilik aktıdır. Bu soyqırımı, eyni zamanda, bütün bəşəriyyətə qarşı tarixi bir cinayətdir. Xocalı faciəsi - Ermənistanın millətçi, vəh­şi qüvvələri tərəfindən Azərbaycana qarşı edilən soyqırımıdır - vəhşiliyin görünməmiş təza­hü­rüdür".

Xocalı faciəsi ernəniliyin mahiyyətini göstərdi. Xarici jurrnalistlər bu faciəni sözün qüdrəti ilə ta­rixləşdirib: “Xocalıdakı vəhşiliklərə dünya ictimaiyyətinin gözündə heç nə ilə haqq qazandırmaq olmaz” (R.Patrik, İngiltərənin “Fant men nyus” teleşirkətinin jurnalisti), “Çoxları eybəcər hala salınmışdır, körpə qızın ancaq başı qalmışdır” (“Tayms” qəzeti, London), ...

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev bu faciə haqqında deyib ki, “Xo­­­calı faciəsi iki yüz ildən çox müddətdə erməni millətçilərinin xalqımıza qarşı apardığı soy­qı­rı­mı siyasətinin qanlı səhifəsidir”...

Xocalı soyqırımı Azərbaycanın yaşadığı ən ağır faciələrdən biri oldu. Bu faciəni Azər­bay­can dövləti tarixinin bir hissəsi kimi əbədiləşdirdi, Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin təşəbbüsü ilə 1994-cü il fevralın 24-də Milli Məclis “Xocalı soyqırımı (genosidi) günü haqqında” qərar qəbul etdi. Bu qərarın davamı kimi 25 fevral 1997-ci il fevralın 25-də imzalanan  Sə­rəncama əsasən Xocalı soyqırımı qur­banlarının xatirəsini yad etmək məqsədi ilə hər il fevral ayı­nın 26-sı saat 17-də Azərbaycan Respublikası ərazisində Xocalı soyqırımı qurban­la­rının xa­ti­rə­si­nə ehtiram əlaməti olaraq sükut dəqiqəsi elan edilir...

Xocalı soyqırımı bir çox ölkələrdə qəbul olunan parlament aktlarında tanındı və xatırlandı.  18 ölkənin (Bosniya və Herseqovina, Kolumbiya, Çex Respublikası, Honduras, İordaniya, Mek­si­ka, Pakistan, Panama, Peru, Sudan, Cibuti, Qvatemala, Paraqvay, Slo­veniya, Şotlandiya, İn­do­ne­zi­ya, Əfqanıstan, Bolqarıstan) qanunverici orqanı, həmçinin ABŞ-ın 24 ştatı müvafiq parlament qətnamələri qəbul etdi.

2012-ci il noyabrın 20-də Cibutidə keçirilmiş İslam Əməkdaşlıq Təşkilatının (İƏT) Xarici İşlər Nazirləri Şurasının 39-cu sessiyasında Xocalıda törədilmiş cinayətləri soyqırımı kimi tanıyan qətnamə qəbul edildi. 2013-cü ilin fevral ayında Qahirədə keçirilən İƏT İslam Zirvə Konfransının 12-ci sessiyasında qəbul olunan Yekun Kommünikedə üzv dövlətlər Xocalı soyqırımının tanınması istiqamətində zəruri səylər göstərməyə çağırıldı. Bu da faciənin dünya miqyasında ictimailəş­di­ril­mə­si və ona siyasi qiymət verilməsi baxımından tarixi hadisə oldu...

Justice for Khojaly informasiya portalının fəaliyyəti “Xocalıya ədalət” kampaniyasının stra­te­ji məqsədlərinin istinad mənbəyi kimi bu faciənin dünya ictimaiyyəti tərəfindən tanınmasını, ona hüquqi və siyasi qiymət verilməsini, Ermənistan hökumətinin Xocalı soyqırımına görə rəsmi üzr istəməsini, ... əhatələyir.

Hər il Xocalı soyqırımının ildönümü ilə əlaqədar minlərlə insanın iştirakı ilə “Ana harayı” abi­dəsi önündə anım mərasimi keçirilir. Xocalı soyqırımının 30-cu ildönümü ilə əlaqədar Bakıda Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyevanın işti­ra­kı ilə ümumxalq yürüşü ke­çi­ril­di. Yürüşdə dövlət və hökumət nümayəndələri, Milli Məclisin deputatları, nazirlər, komitə, agent­­­lik və şirkət rəhbərləri, dini konfessiyaların başçıları, siyasi dia­lo­qun təzahürü olaraq ölkədə fəaliyyət göstərən müxtəlif siyasi partiyaların nümayəndələri də iştirak etdi.

Xocalı 2023-cü il sentyabrın 20-də işağldan azad edildi. İşğaldan azad edilmiş ərazilərdə aparılan quruculuq işləri Xocalıda da böyük coşqu və məsuliyyətlə aparılır. 

İndiyə kimi Xocalı şəhərinə 114 ailə, kəndlərinə 770 ailə köçürülüb.

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev 2025-ci il fevralın 25-də “Xocalı şəhərində Xocalı Soyqırımı Memorial Kompleksinin yaradılması haqqında” Sərəncam imzaladı. Bu Sərəncam Xocalı faciəsinin istər tarixdə, istərsə də yaddaşlarda əbədiləşdirilməsini təmin etdi.

Xocalı-Əsgəran avtomobil yolunun üzərində Heydər Əliyev Fondu tərəfindən yaradılan Xo­calı Soyqırımı Memorial Kompleksi müxtəlif bölmələrdən ibarət olacaq. Burada 1992-ci il fevralın 25-dən 26-na keçən gecə törədilmiş faciə, Xocalının tarixi, coğrafi əhəmiyyəti, dinc əha­li­yə qarşı törədilmiş faciədən əvvəl Xocalıdakı həyat haqqında informativ sənədlər və faktlar, rayonun ma­ke­ti olacaq...

İşğaldan sonra dövlət başçımız Xocalıya 11 dəfə səfər edib. Hər səfər Xocalıda quruculuq iş­lərinin genişləndirilməsində əhəmiyyətli olub.

Xocalı faciəsi Azərbaycanın tarixinin bir hissəsi kimi həmişə xatırlanacaq, Xocalı faciəsini bəşəri dövlətlər də unutmayacaq...

 

Səbinə XASAYEVA,

Milli Məclisin deputatı 

Chosen
3
4
ikisahil.az

5Sources