EN

543 mindən çox şagird “Rəqəmsal məktəb”dən istifadə edir

BAKI, 24 fevral. TELEQRAF

“Rəqəmsal məktəb” platforması 354 təhsil müəssisəsini əhatə edir. Platforma 2025-ci ilin sentyabr ayından etibarən Bakı şəhərində tətbiq edilir”.

Teleqraf xəbər verir ki, bu sözləri Elm və Təhsil Nazirliyinin Təhsil Sisteminin İnformasiyalaşdırılması İdarəsinin rəisi Vüsal Xanlarov “Təhsilin rəqəmsallaşması”na dair mətbuat konfransında deyib.

O bildirib ki, platformadan 543 min 255 şagird, 44 min 552 pedaqoji heyət üzvü və 360 min 709 valideyn istifadə edir. Sistem üzərindən 9 235 rəqəmsal məzmun təqdim olunub.

Chosen
6
1
teleqraf.com

4Sources