EN

Azərbaycanda 900 mindən çox şəxs "Rəqəmsal məktəb" platformasından istifadə edir

Azərbaycanda 900 mindən çox şəxs "Rəqəmsal məktəb" platformasından istifadə edir.

"Far.Az" xəbər verir ki, bunu Elm və Təhsil Nazirliyinin Təhsil Sisteminin İnformasiyalaşdırılması İdarəsinin rəisi Vüsal Xanlarov "Təhsilin rəqəmsallaşması" mövzusunda keçirilən brifinqdə deyib.

Onun sözlərinə görə, "Rəqəmsal məktəb" layihəsi çərçivəsində şagirdlər üçün rəqəmsal köməkçi hazırlanır:

"Bu alətin köməyi ilə şagirdlər süni intellekt əsaslı işi öyrənəcəklər. "Rəqəmsal məktəb" layihəsinin istifadəçi sayı 900 mini keçib, 543 255-i isə şagirddir. Həmçinin, 360 709 valideyn bu platformada qeydiyyatdan keçib".

V.Xanlarov əlavə edib ki, "Rəqəmsal məktəb" layihəsi hazırda yalnız Bakıda tətbiq edilir, gələcəkdə regionlarda da fəaliyyət göstərəcək.

Chosen
3
3
far.az

5Sources