EN

Fransa Trampın qudasını cəzalandırıb

AzVision.az xəbər verir ki, Parisdəki diplomatik mənbənin “European Pravda” nəşrinin müxbirinə ötürdüyü məlumatda belə deyilir.

Fransa XİN-in rəhbəri Jan-Noel Barro ABŞ səfiri və eyni zamanda Amerika lideri Donald Trampın qudası Çarlz Kuşneri fransız ifrat sağçı fəalı Kventin Derankın qətli ilə bağlı şərhlərinə görə çağırıb.

“ABŞ səfirliyinin Fransada baş verən və yalnız milli ictimai müzakirəmizə aid olan (biz bunu alət kimi kimi istifadə etməyə icazə vermirik) faciə ilə bağlı şərhlərinin dərc olunması ilə əlaqədar səfir Çarlz Kuşner bu gün XİN-ə çağırılıb. Lakin o, gəlməyib”, - mənbə deyib.

Eyni zamanda, səfir Çarlz Kuşnerin olmadığı müddətdə Amerika səfirliyinin müvəqqəti işlər vəkili Fransa XİN-ə gəlib.

Makron Trampı hörmətsizlikdə günahlandırıb
Mənbə bildirib ki, ölkəsini təmsil etmək şərəfinə nail olan bir səfirin əsas gözləntilərinin bu açıq-aşkar anlaşılmazlığını nəzərə alaraq, Jan-Noel Barro onun Fransa hökumətinin üzvləri ilə birbaşa əlaqəsinin dayandırılmasını əmr edib.

Bununla belə, Çarlz Kuşner öz missiyasını yerinə yetirməyə davam edəcək və fikir ayrılıqlarının həllinə yönəlmiş diplomatik mübadilələr üçün Fransa XİN-ə gələ bilmək hüuqumu saxlayacaq.

Çarlz Kuşner ABŞ-nin Fransadakı səfiri postuna ötən ilin yayında təyin olunub. Artıq keçən il avqustun sonlarında antisemitizmlə mübarizə aparmaq üçün“qeyri-kafi tədbirlər”barədə Parisin tənqidindən sonra o, Fransa XİN-ə çağırılmışdı. Rəsmi Paris ameürikalı səfirin iradlarını yolverilməz saymışdı.

Xatırladaq ki, bir neçə gün bundan əvvəl Fransa prezidenti Emmanuel Makron isə ABŞ lideri Donald Trampın onların şəxsi yazışmalarını internetdə dərc etməsini hörmətsizlik kimi qiymətləndirib. Halbuki, onun özü vaxtilə Vladimir Putinlə münasibətlərində bundan da artıq ikiüzlülük nümayiş etdirib.

Ümumiyyətlə, belə aydın olur ki, bütün digər ölkələrin daxili işlərinə qarışmağı özünün müstəsna səlahiyyəti sayan rəsmi Paris Fransada insanların təməl hüquqlarına qarşı törədilən cinayətlərin sadəcə tənqidini belə həzm edə bilmir. Belə yanaşma ikili stnadart deyilsə, bəs nədir?

Sahil İsgəndərov
AzVision.az
Chosen
3
1
azvision.az

2Sources