EN

Naxçıvanda ötən gün 2 kənddə yanğın baş verib VİDEO

ain.az, Azertag portalına istinadən məlumat verir.

Naxçıvan, 24 fevral, AZƏRTAC

Ötən gün ərzində Naxçıvan Muxtar Respublikası Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə daxil olan zənglər əsasında nazirliyin yanğından mühafizə bölmələri tərəfindən 2 yanğın hadisəsinə çıxış həyata keçirilib.

Nazirliyin mətbuat xidmətindən AZƏRTAC-ın bölgə müxbirinə bildirilib ki, Şərur rayon Yengicə kəndində ot bağlamalarında, Ordubad rayonu Darkənd kəndində isə quru ot və kol-kos sahələrdə yanğın hadisələri baş verib.

Görülən təcili və təxirəsalınmaz tədbirlər nəticəsində yanğınların daha geniş sahələrə yayılmasının qarşısı alınaraq operativ söndürülməsi təmin edilib.

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Chosen
11
azertag.az

1Sources