EN

Trampın iki adamı Kiyev və Tehranla bağlı fərqli düşünür Adlar

GlobalInfo saytından alınan məlumatlara görə, ain.az xəbər verir.

“ABŞ Prezidenti Donald Trampın yaxın çevrəsində yalnız iki nəfər Ukrayna Prezidenti Volodimir Zelenskiyə yardıma qarşıdır”.

Globalinfo.az xəbər verir ki, bunu amerikalı analitik və bloqçu Endryu Napolitano deyib.

O qeyd edib ki, sözügedən şəxslər ABŞ-ın vitse-prezidenti Ceyms Di Vens və Milli Kəşfiyyatın direktoru Tulsi Qabbarddır.

Endryunun sözlərinə görə, ABŞ liderinin müşavirlərinin böyük əksəriyyəti neokonservativlərdir:

“Vens və Qabbard Trampı İrana hücum etməməyə və ya Ukraynaya yardım göstərməməyə çağırırlar.

Tramp ABŞ prezidentliyinə namizədliyini irəli sürərkən ölkə hökumətindən müharibə qızışdırıcılarını və neokonsertləri uzaqlaşdıracağına söz vermişdi, lakin bunu bacarmadı, çünki özü də onlardan biri oldu”.

Analitik qeyd edib ki, ABŞ hələ də Ukraynaya hərbi yardım göstərməyə davam etdirir və Rusiyanı tükəndirmək cəhdlərindən əl çəkmir.

Əliyar Xəlil

Globalinfo.az

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Chosen
21
globalinfo.az

1Sources