EN

Salsa əfsanəsi vəfat etdi

ain.az, Kulis.az portalına istinadən məlumat verir.

Amerikalı məşhur musiqiçi, trombon ifaçısı və bəstəkar Villi Kolon 75 yaşında vəfat edib.

Kulis.az xəbər verir ki, Latın musiqisinin əfsanəsinin ölüm səbəbi ilə bağlı hələlik rəsmi açıqlama verilməyib.

Nyu-Yorkda Puerto-Riko əsilli ailədə doğulan Kolon 1970–80-ci illərdə salsa musiqisinin qlobal miqyasda yayılmasında mühüm rol oynayıb. O, təkcə ifaçı kimi deyil, həm də prodüser və ictimai fəal kimi tanınıb. Onun musiqi yaradıcılığı Latın Amerikası ritmlərini caz və şəhər folkloru ilə birləşdirərək yeni üslub formalaşdırmışdı.

Sənətçinin ölüm xəbərindən sonra sosial şəbəkələrdə həmkarları və pərəstişkarları onun haqqında yazaraq Kolonu “salsanın səsi” adlandırıblar.

Qeyd edək ki, Kolon musiqidən başqa sosial və siyasi fəaliyyətlə də məşğul olub, müxtəlif humanitar layihələrə dəstək verib. Onun yaradıcılığı Latın musiqisinin tarixində silinməz iz qoyub.

Gənc Tamaşaçılar Teatrında yeni tamaşanın oxunuş məşqlərinə başlanıldı

Həyatın hökmü - Knut Hamsunun hekayəsi

Keçmişdə burada səninlə yaşamaq nə qədər rahat idi... - Günün mahnısı

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Chosen
10
1
kulis.az

2Sources