Bu gün saat 11:18 radələrində Bakı metropoliteninin "İçərişəhər–Sahil" mənzilində Qırmızı xətt üzrə hərəkət edən qatarda texniki nasazlıq qeydə alınıb.
Bu barədə "Unikal"a "Bakı Metropoliteni" QSC-dən məlumat verilib.
Bildirilib ki, texniki baxışın keçirilməsinə zərurət yarandığından normativ tələblərə uyğun olaraq sərnişinlər "Sahil" stansiyasında düşürülüb, qatar köməkçi qatar vasitəsilə xətdən çıxarılır. Bu səbəbdən hazırda Qırmızı və Yaşıl xətlərdə qatarların hərəkətində gecikmələr var.
Bənövşəyi xətdə və "Cəfər Cabbarlı-Xətai", "Həzi Aslanov-Əhmədli" mənzillərində qatarlar qrafik üzrə hərəkət edir.
"Sərnişinlərə göstərdikləri anlayış üçün təşəkkür edirik", - deyə məlumatda bildirilib.