EN

Şagirdlər üçün yeni köməkçi hazırlanır

Şagirdlər üçün Rəqəmsal məktəb layihəsi çərçivəsində "Rəqəmsal köməkçi" təqdim ediləcək.

Day.Az xəbər verir ki, bunu bu gün Elm və Təhsil Nazirliyinin Təhsil Sisteminin İnformasiyalaşdırılması İdarəsinin rəisi Vüsal Xanlarov "Təhsilin rəqəmsallaşması" mövzusunda media nümayəndələri üçün keçirilən brifinqdə bildirib.

Onun sözlərinə görə, hər il təhsil nazirliyi tərəfindən təhsil müəssisələri 40 min - 50 min kompüterlə təmin edilir:

"2026-cı ildə də bu təchizat davam etdirələcək. Rəqəmsal məktəb layihəsi çərçivəsində şagirdlər üçün rəqəmsal köməkçi hazırlanır. Bu alətin köməyilə şagirdlər süni intellekt əsaslı işi öyrənəcəklər. Rəqəmsal məktəb layihəsinin istifadəçi sayı 900 mini keçib, bunların 500 mindən çoxu şagirddir. Eyni zamanda, 360 min valideyn qeydiyyatdan keçib".

Chosen
1
1
day.az

2Sources