EN

"188” Yükdaşıma Xidməti işçinin 3 aylıq maaşını vermir: "Deyirlər ki, hara istəyirsən get şikayət elə..."

Hazırda Bakının Sabunçu rayonunda yaşayan Yevlax rayonu sakini  Abbasov Rövşən Yusif oğlu  "188” Yükdaşıma və Evakuasiya Xidmətindən şikayətçidir. 

Sitat.info-ya müraciət edərək problemini ictimailəşdirməyə çalışan  Rövşən Abbasov 1 ildir ki, çalışdığı "188" Yükdaşıma Xidmətindən əmək haqqını ala bilmir. 

"Ötən ili nmart ayında işə başlamışam. Hazırda da bu şirkətdə rəsmi olaraq adım işçi kimi qeydiyyatdadır. Amma nə əmək haqqı ala bilmirəm, nə işimə xitam vermirlər. Maaşımı istəyəndə deyirlər ki, get hara istəyirsən şikayət elə. Dediklərinə görə, yuxarılarda qohumları var və ona güvənirlər.

Bunu mənə  irkət rəhbəri İsmixan Mustafayev deyib. Ötən ildən dekabr ayının, bu ildən isə yanvar və fevral aylarının əmək haqqı ödənilməyib. Rəsmi olaraq 450 manat qeyd edilsə də, maaşım 650 manatdlrş Bir də getdiyimiz sifarişin 10 faizi də maaşımızın üzərinə gəlir. Təxminən, 1800 manatdan çox  alacağım var, amma  ala bilmirəm. Xahiş edirəm bu problemi işıqlandırıb mənə kömək edəsiniz". 

Məğrur,

Sitat.info 

Chosen
6
2
sitat.info

3Sources