Bakivaxti portalından verilən məlumata əsasən, ain.az bildirir.
İqtisadi zonalarda istehsal və ixrac göstəricilərində əhəmiyyətli artım qeydə alınıb.
Bakıvaxtı.az xəbər verir ki, bu fikirləri İqtisadiyyat Nazirliyinin tabeliyində İqtisadi Zonaların İnkişafı Agentliyinin İdarə Heyətinin sədri Seymur Adıgözəlov Bakı Biznes Mərkəzində keçirilən mətbuat konfransında səsləndirib.
Sədr bildirib ki, 2025-ci ildə sənaye zonalarında ümumi istehsalın həcmi 4 milyard manata yaxın olub. Bunun təxminən 1.2 milyard manatı ixracın payına düşür. Qeyd olunub ki, sənaye zonalarında istehsal olunan məhsulların 70 faizi ixracyönümlüdür.
Onun sözlərinə görə, 2025-ci ildə sənaye məhsullarının istehsalında sənaye zonalarının payı 19,1 faiz, qeyri-neft sənaye məhsullarında isə 33,9 faiz təşkil edib. Bu göstəricilər sənaye zonalarının ölkə iqtisadiyyatında mühüm paya çevrildiyini göstərir.
Seymur AdıgözÉ™lov vurÄŸulayıb ki, 2025-ci ildÉ™ sÉ™naye zonalarında ümumilikdÉ™ 80-dÉ™n çox müəssisÉ™ fÉ™aliyyÉ™t göstÉ™rir. Bu müəssisÉ™lÉ™r tÉ™rÉ™findÉ™n 9700-dÉ™n artıq daimi iÅŸ yeri yaradılıb.Â
Agentlik rəhbəri əlavə edib ki, ixrac göstəricilərində də ciddi artım var. Belə ki, 2016-cı ildə sənaye zonalarından ixrac cəmi 10,4 milyon manat təşkil edirdisə, 2025-ci ildə bu rəqəm 8,7 milyard manata çatıb. Bu dinamika qeyri-neft sektorunun inkişafı və investisiya mühitinin genişlənməsi ilə bağlıdır.
Sonda qeyd olunub ki, sənaye zonaları artıq formalaşmış və dayanıqlı istehsal platformasına çevrilib və qarşıdakı dövrdə yeni layihələrin reallaşdırılması nəzərdə tutulur.
Zeynəb Rzayeva
Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.