"Biz görürük ki, son illər informasiya-kommunikasiya texnologiyasının sürətli inkişafı nəticəsində, xüsusilə də süni intellekt texnologiyası dövrünə keçməklə bir çox şəxslərin şəxsi məlumatları onların kompüterlərindən oğurlanır və bir çox hallarda insanlar sonradan şantaj olunur, bu da ciddi mənəvi-psixoloji sarsıntılara yol açır".
Redaktor.az xəbər verir ki, bu fikirləri Milli Məclisin plenar iclasında deputat Qüdrət Həsənquliyev bildirdi.
Onun fikrincə, bu normaların sanksiyası sərtləşdirilməlidir:
"Mən özüm həmişə cəzaların sərtləşdirilməsinə qarşı olmuşam, amma hər zaman onu da söyləmişəm ki, əgər hər hansı cinayətlərin artımında ciddi, belə deyək, yüksəliş müşahidə olunursa, o zaman müvəqqəti olaraq cəzaların sərtləşdirilməsi zərurəti yaranır və dünyanın bir çox ölkələrində də bundan istifadə olunur".
Nuriyyə NATİQQIZI