EN

Liseydə güllələnən müəllimdən XƏBƏR VAR

ain.az, Milli.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Bakıda "İdrak" liseyində şagirdi tərəfindən güllələnən müəllimə Şəhla Kamilovanın müalicəsi ev şəraitində davam etdirilir.

Milli.Az xəbər verir ki, bu barədə Oxu.Az-ın əldə etdiyi məlumatda bildirilib. Məlumata görə, müəllimənin vəziyyəti yaxşı olaraq qiymətləndirilir. Lakin, o, hələ "İdrak" liseyindəki işinə geri dönməyib.

Xatırladaq ki, fevralın 6-da Bakının Binəqədi rayonu ərazisində yerləşən "İdrak" liseyində silahlı insident baş verib. Orada təhsil alan 10-cu sinif şagirdi Ə.Ş odlu silahdan atəş açaraq riyaziyyat müəlliməsi Şəhla Kamilovanı güllələyib.

Milli.Az 

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Chosen
2
14
news.milli.az

10Sources