EN

“Qarabağ”la oyun öncəsi “Nyukasl”da ciddi itkilər

“Nyukasl” Çempionlar Liqasının pley-off mərhələsində “Qarabağ”la cavab matçına ciddi itkilərlə çıxacaq.

İdmanxeber.az-ın məlumatına görə, Bruno Gimarayş, Tino Livramento və Emil Kraft zədə səbəbindən, Malik Tiav isə cəzalı olduğu üçün oyunu buraxacaq.

“Qarabağ”da isə Bəhlul Mustafazadə zədə səbəbindən mövsümü erkən başa vurub.

Bu gecə keçiriləcək “Nyukasl” – “Qarabağ” görüşü Bakı vaxtı ilə saat 00:00-da başlayacaq. İlk oyunda İngiltərə təmsilçisi 6:1 hesabı ilə qalib gəlib.

Chosen
13
idmanxeber.az

1Sources