Xalq qazeti saytından alınan məlumata görə, ain.az bildirir.
Cəbrayıl, Qubadlı və Zəngilan rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliyi və Azərbaycan Dövlət Aqrar Universitetinin (ADAU) birgə təşkilatçılığı ilə Cəbrayıl rayonunun Horovlu kəndində ağacəkmə aksiyası keçirilib.
Ağacəkmə aksiyasında iştirak edən ADAU-nun professor-müəllim heyəti və tələbələr əvvəlcə kəndin infrastrukturu ilə tanış olublar. Aksiya çərçivəsində çıxış edən ADAU-nun rektoru Zəfər Qurbanov bildirib ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə işğaldan azad olunmuş ərazilərdə həyata keçirilən bərpa, quruculuq və yaşıllaşdırma işləri ölkənin davamlı inkişafına mühüm töhfə verir. Bu proseslərdə elm və təhsil müəssisələrinin fəal iştirakı həm böyük qürur mənbəyi, həm də mühüm sosial məsuliyyətdir.
Rektorun sözlərinə görə, həyata keçirilən belə ekoloji aksiyalar ətraf mühitin qorunmasına, yaşıllıq sahələrinin genişləndirilməsinə və gələcək nəsillər üçün sağlam yaşayış mühitinin formalaşdırılmasına xidmət edir.
Aksiya çərçivəsində ADAU-nun təmsilçiləri kəndin park ərazisində 400 kvadratmetrlik sahədə 600 ədəd lavanda və 400 rozmarin, 1200 qızılgül əkiblər. Bundan əlavə, Horovlu kənd sakinlərinə 100 ədəd şaftalı və 300 ədəd gilas tingləri paylanılıb.
XQ
Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.