EN

Norveç HDQ-nin “Skjold” gəmilərindəki döyüş sistemi təkmilləşdiriləcək

“Kongsberg Defence & Aerospace” (KONGSBERG) şirkəti Norveç Hərbi Dəniz Qüvvələrinin (HDQ) “Skjold” sinifli gəmilərində quraşdırılmış döyüş sisteminin modernləşdirilməsi üçün ölkənin Müdafiə Avadanlıqları Agentliyi (NDMA) ilə müqavilə imzalayıb.

“Poliqon” KONGSBERG-ə istinadən xəbər verir ki, müqavilənin dəyəri təxminən 400 milyon NOK (41.8 milyon ABŞ dollar) təşkil edir.

Şirkət tərəfindən həyata keçiriləcək tədarük və yeniləmələr “Skjold” sinifli gəmilərin texniki əlçatanlığını artıracaq və onların döyüş sistemlərini daha da təkmilləşdirəcək. Layihə 2022-ci ildə ilkin olaraq verilmiş “Skjold” döyüş sisteminin modernləşdirilməsi proqramının davamıdır.

Hazırda Norveç HDQ-nin donanmasında 6 ədəd “Skjold” sinifli gəmi mövcuddur və bu platformalar dünyanın ən sürətli hərbi dəniz gəmiləri sırasında yer alır.

Chosen
26
poliqon.az

1Sources