Sitat.info portalından alınan məlumata görə, ain.az xəbər verir.
Bu gün saat 11:18 radələrində Bakı metropoliteninin “İçərişəhər-Sahil” mənzilində Qırmızı xətt üzrə hərəkət edən qatarda texniki nasazlıq qeydə alınıb.
Bu barədə Sitat.info-ya Metropolitendən bildirilib.
Texniki baxışın keçirilməsinə zərurət yarandığından normativ tələblərə uyğun olaraq sərnişinlər "Sahil" stansiyasında düşürülüb, qatar köməkçi qatar vasitəsilə xətdən çıxarılır. Bu səbəbdən hazırda Qırmızı və Yaşıl xətlərdə qatarların hərəkətində gecikmələr var.
Bənövşəyi xətdə və “Cəfər Cabbarlı-Xətai”, “Həzi Aslanov-Əhmədli” mənzillərində qatarlar qrafik üzrə hərəkət edir.
***
Hazırda Bakı metrosunun Yaşıl və Qırmızı xətlərdə intervalda 15 dəqiqəyədək yubanmalar müşahidə olunur.
Bu barədə Bakı Metropoliteni QSC-dən məlumat verilib.
Bildirilib ki, intervallar qısa müddətdə bərpa olunacaq.
Köməkçi qatarın cəlb olunması ilə nasaz qatar xətdən çıxarılıb və "Nərimanov" elektrik deposuna yola salınıb. Əvəzinə ehtiyat qatar xəttə buraxılıb.
"Yaranmış narahatlığa görə sərnişinlərimizdən üzr istəyirik!", - deyə məlumatda bildirilib.
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.