EN

Medvedev Avropanı işğal etməklə hədələyir

Reyting.az saytından verilən məlumata əsasən, ain.az məlumatı açıqlayır.

Rusiya Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedev Şengen ölkələrini rus əsgərlərinin vizaya ehtiyacı olmadığı - sadəcə Avropanı işğal edə biləcəkləri ilə hədələyib.

Reyting.az xəbər verir ki, Rusiyanın sabiq prezidenti bu barədə internetdə yazıb.

“Avropa Komissiyasının vitse-prezidenti Kaja Kallas yüz minlərlə keçmiş rus hərbçisinin Şengen zonasına heç vaxt girməməsini təmin etmək üçün çalışdığını söylədi. Əsgərlərimiz üçün necə də itkidir! İstəsələr, vizasız daxil ola bilərlər. 1812 və ya 1945-ci illərdə olduğu kimi”, - deyə Medvedev qeyd edib.

O, bu paylaşımını Rusiyanın 23 fevralda qeyd etdiyi “Vətənin Müdafiəçisi Günü”ndə və Rusiyanın Ukraynaya tammiqyaslı işğalının ildönümü ərəfəsində edib.

V. QULİYEV

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Chosen
3
reyting.az

1Sources