EN

Rusiya ballistik raket və 133 PUA ilə hücum edib

ain.az, Reyting.az saytına istinadən bildirir.

Fevralın 24-ü gecə saatlarında Rusiya ordusu “İsgəndər-M” ballistik raketi, 133 pilotsuz uçuş aparatı (PUA) və digər vasitələrlə Ukraynaya hücum edib.

Reyting.az xəbər verir ki, ilkin məlumata görə, hava hücumundan müdafiə qüvvələri ölkənin şimalında, cənubunda və şərqində Rusiyanın 111 PUA-sını zərərsizləşdirib.

Ukrayna KİV-ləri bildirir ki, hava hücumu təyyarələr, zenit-raket qüvvələri, elektron müharibə və pilotsuz uçuş sistemləri bölmələri və Ukrayna Müdafiə Qüvvələrinin mobil yanğınsöndürmə qrupları tərəfindən dəf edilib.

V. QULİYEV

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Chosen
24
reyting.az

1Sources