EN

Medvedev Avropanı işğal ilə hədələdi: “Rus əsgərlərin vizaya ehtiyacı yoxdur”

Rusiya Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedev Şengen ölkələrini rus əsgərlərinin vizaya ehtiyacı olmadığına, onların sadəcə Avropanı işğal edə biləcəkləri ilə hədələyib.

Herbiand.az bildirir ki, o, bu barədə X sosial şəbəkəsində yazıb.

“Sarı saçlı siçovul Kaya (Avropa Komissiyasının vitse-prezidenti Kaya Kallas) yüz minlərlə keçmiş rus əsgərinin Şengen zonasına heç vaxt girməməsini təmin etmək üzərində çalışdığını söyləyib. Əsgərlərimiz üçün necə də itkidir. Onlar istəsələr, vizasız da daxil ola bilərlər. 1812 və ya 1945-ci illərdə olduğu kimi”, - Medvedev qeyd edib.

Qeyd edək ki, Rusiya Təhlükəsizlik Şurasının sədr müavini bu paylaşımını Rusiyanın 23 fevralda qeyd etdiyi “Vətən Müdafiəçisi Günü”ndə və Rusiyanın Ukraynaya tammiqyaslı işğalının ildönümündə dərc edib.

Bəxtiyar CƏFƏRLİ

Chosen
11
herbiand.az

1Sources