EN

Meksika kartelləri DÇ 2026 üçün təhlükə yaradırmı?

Oxu.az saytından verilən məlumata əsasən, ain.az məlumatı açıqlayır.

Nottingem Universitetinin cinayət hüququ kafedrasının dosenti Xavyer Eskauriaka Meksikadakı iğtişaşların 2026-cı ildə keçiriləcək futbol üzrə dünya çempionatına potensial təsirlərini şərh edib.

Oxu.Az BBC-yə istinadla bildirir ki, narkokartel rəhbəri Nemesio Osequera Servantesin ("El Menço") zərərsizləşdirilməsi barədə məlumatlar yayıldıqdan sonra Meksikanın müxtəlif şəhərlərində kütləvi etiraz aksiyaları başlayıb.

"Ümumi mənzərəyə baxdıqda, kartellər dünya çempionatının sakit mühitdə keçməsindən irəli gələn iqtisadi gəlirlərdə maraqlıdırlar. Doğrudur, onlar siyasi fiqurlara və yerli hüquq-mühafizə orqanlarına rüşvət verirlər, lakin bununla yanaşı, restoran biznesinə yatırımlar edir və hotellərə sahiblik edirlər. Onlar mövcud iqtisadi strukturun ayrılmaz bir hissəsidirlər. Britaniyalıların, amerikalıların və digər turistlərin Meksikaya səfər etməsi, vəsait xərcləməsi və istirahət etməsi onlara da sərf edir", - deyə Eskauriaka vurğulayıb.

Xatırladaq ki, Meksika 2026-cı il FIFA Dünya Kubokunu qəbul edəcək üç dövlətdən biridir. Turnirin matçları, həmçinin ABŞ və Kanadada təşkil olunacaq. Yarışın 11 iyun - 19 iyul tarixləri aralığında keçirilməsi planlaşdırılır.

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Chosen
30
oxu.az

1Sources